Son yenilənmə: 09 Aprel 2026
1. Giriş
E-Sənəd Chrome Extension ("Extension") Fill Service MMC tərəfindən hazırlanmışdır. Bu Məxfilik Siyasəti Extension-un istifadəçi məlumatlarını necə topladığını, istifadə etdiyini və qoruduğunu izah edir.
2. Toplanan məlumatlar
Extension aşağıdakı məlumatları toplayır:
- Hesab məlumatları: Email ünvanı, ad, telefon nömrəsi — qeydiyyat və lisenziya idarəetməsi üçün.
- Cihaz identifikatoru: Brauzer tərəfindən yaradılan unikal UUID — cihaz limitinin idarə edilməsi üçün.
- İstifadə statistikası: Hansı sənəd növünün nə vaxt yaradıldığı — xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün.
- Bank rekvizitləri: İstifadəçinin daxil etdiyi bank hesab məlumatları — yalnız lokal olaraq brauzerdə saxlanılır, serverə göndərilmir.
3. Məlumatların istifadəsi
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
- İstifadəçi hesabının yaradılması və idarə edilməsi
- Lisenziya və abunəlik statusunun yoxlanması
- Cihaz limitinin tətbiq edilməsi
- Xidmətin təkmilləşdirilməsi üçün anonim statistika
4. Məlumatların saxlanması
- Lokal məlumatlar: Bank rekvizitləri, lisenziya cache-i və cihaz ID-si Chrome brauzerin lokal yaddaşında saxlanılır.
- Server məlumatları: Hesab məlumatları, lisenziya açarları və istifadə statistikası təhlükəsiz serverdə (HTTPS ilə şifrələnmiş) saxlanılır.
5. Üçüncü tərəflərlə paylaşma
Məlumatlarınız satılmır və icarəyə verilmir. Xidmətin işləməsi və reklamın
effektivliyinin ölçülməsi üçün aşağıdakı xidmətlərdən istifadə olunur:
- Google Analytics — saytda anonim ziyarət statistikası (IP anonimləşdirilir).
- Meta Pixel — reklamlarımızın hansı qeydiyyatı gətirdiyini ölçmək üçün.
Qeydiyyat zamanı e-poçt və telefon nömrəniz brauzerinizdə SHA-256 ilə şifrələnərək
(hash) Meta-ya ötürülür — açıq mətn göndərilmir və Meta ondan yalnız uyğunlaşdırma üçün istifadə edir.
Kart məlumatları, şifrə və VÖEN heç vaxt ötürülmür.
- Epoint — ödəniş emalı. Kart məlumatları birbaşa banka gedir, bizim serverimizə düşmür.
- Brevo — e-poçt göndərişi (qeydiyyat, qəbz, xatırlatma).
Sənədlərinizin məzmunu (qaimə məlumatları, məbləğlər, bank rekvizitləri) bu xidmətlərin
heç birinə göndərilmir.
5.1 Analitika seçiminiz
Sayta ilk girişdə analitika kukiləri barədə soruşulur. İmtina etsəniz Google
Analytics və Meta Pixel skriptləri ümumiyyətlə yüklənmir və yuxarıdakı ötürmə baş vermir.
Saytın öz anonim statistikası (hansı səhifələrə baxılıb) davam edir — bu məlumat
serverimizdə qalır və kənara göndərilmir.
Seçiminizi istənilən vaxt dəyişə bilərsiniz:
Analitika ayarlarını yenidən aç
6. Vergi saytı ilə əlaqə
Extension yalnız new.e-taxes.gov.az saytında işləyir. Extension vergi saytından qaimə məlumatlarını oxuyur — bu məlumatlar serverimizdə saxlanılmır, yalnız Excel sənədi yaratmaq üçün istifadə olunur və sonra silinir.
7. Təhlükəsizlik
- Bütün server əlaqəsi HTTPS (SSL/TLS) ilə şifrələnir
- Lisenziya açarları təhlükəsiz olaraq saxlanılır
- İstifadəçi parolları hash edilir (bcrypt)
- API sorğuları rate-limiting ilə qorunur
8. İstifadəçi hüquqları
İstifadəçilər aşağıdakı hüquqlara malikdir:
- Hesab məlumatlarının düzəldilməsini tələb etmək
- Hesabın silinməsini tələb etmək
- Toplanan məlumatlar haqqında məlumat almaq
Bu hüquqlardan istifadə etmək üçün bizimlə əlaqə saxlayın.
9. Əlaqə
Məxfilik ilə bağlı suallar üçün:
10. Dəyişikliklər
Bu Məxfilik Siyasəti zaman-zaman yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər baş verdikdə istifadəçilər Extension vasitəsilə məlumatlandırılacaq.