E-Sənəd-i yükləyin

Chrome, Edge və Brave brauzerlərində işləyir

Quraşdırma təlimatı

1

ZIP faylı açın

Yüklənən faylı extract edin

2

Extensions səhifəsini açın

chrome://extensions yazın

3

Developer mode aktiv edin

Sağ yuxarı toggle-u aktiv edin

4

Load unpacked basın

Sol yuxarıdakı düyməni basın

5

Qovluğu seçin

Açılmış ZIP qovluğunu seçin

6

Hazırdır!

new.e-taxes.gov.az-a daxil olun

Toplu Qaimə şablonu necə doldurulur?

Excel şablonunu düzgün doldurub extension-dan yükləyin — qaimələr avtomatik yaranır

Video təlimat tezliklə

YouTube video bura embed olunacaq

1

Şablonu yükləyin

ƏDV ödəyici və ya ƏDV olmayan şablonunu yükləyin. Şablon içində məcburi və opsional sütunlar rənglə fərqləndirilmişdir.

2

Məcburi xanaları doldurun

Narıncı fonlu xanalar məcburi, ağ fonlu xanalar opsionaldur. Aşağıdakılar mütləq doldurulmalıdır:

  • Şirkət adı — Qaimə göndərilən şirkətin adı
  • VÖEN — Dəqiq 10 rəqəm olmalıdır
  • Malın adı — Məhsulun və ya xidmətin adı
  • Malın kodu — Məhsul qrup kodu
  • Ölçü vahidi — ədəd, kq, litr və s.
  • Miqdarı — Miqdar (rəqəm)
  • Vahid qiyməti — AZN ilə qiymət
3

Qruplaşdırma sütunundan istifadə edin

Eyni VÖEN-ə fərqli qaimələr göndərmək istəyirsinizsə, Qrup sütununa fərqli rəqəmlər yazın. Boş qalsa — eyni VÖEN-li bütün sətirlər bir qaiməyə birləşdiriləcək.

QrupVÖENMalNəticə
11234567890KomputerQaimə A
11234567890Monitor
21234567890PrinterQaimə B
9876543210KlaviaturaQaimə C
9876543210Siçan
4

ƏDV sahələri (yalnız ƏDV ödəyicilər üçün)

ƏDV 18% sütununa ƏDV-yə cəlb edilən məbləği yazın. Boş qalsa — cəmi məbləğ avtomatik ƏDV-yə cəlb edilir. 0 yazsanız — ƏDV-yə cəlb edilməyacək. ƏDV məbləği API tərəfindən hesablanır.

5

Yükləyin və göndərin

Faylı .xlsx formatda saxlayın. E-taxes saytında Toplu Qaimə butonuna basıb ƏDV tipini seçin, faylı yükləyin və "Emal et" basın.

Sistem tələbləri

Dəstəklənən brauzurlər

  • Google Chrome 88+
  • Microsoft Edge (Chromium)
  • Brave Browser

Əməliyyat sistemləri

  • Windows 10 / 11
  • macOS 11+
  • Linux (Ubuntu, Fedora, Arch)

Versiya tarixi

v2.0.0 09.04.2026

Yeniliklər və dəyişikliklər

  • Tam yenidən işlənmiş istifadəçi interfeysi
  • Hesab-faktura, təhvil-təslim aktı və qimət razılaşması dəstəyi
  • Qaimə çıxarışı funksionalığı əlavə edildi
  • Bank rekvizitləri avtomatik doldurulması
  • ƏDV avtomatik hesablanma dəstəyi
  • Mal/Xidmət növü seçimi
  • 2 cihaz limiti dəstəyi
  • WhatsApp üzərindən dəstək kanalı
  • Performance optimizasiyaları və xata düzəlişləri